“Skripalın işi” üzrə araşdırmanın nəticələri təqdim edilib

“Skripalın işi” üzrə araşdırmanın nəticələri təqdim edilib
Want create site? Find Free WordPress Themes and plugins.

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) nümayəndələri “Skripalın işi” üzrə araşdırmanın nəticələrini Böyük Britaniyaya təqdim edib.

“A24.az” bildirir ki, bu barədə “Daily Mail” Britaniya XİN nümayəndəsinə istinadən xəbər verib.

“Qaydalara uyğun olaraq, sorğumuz əsasında hesabatın son versiyası bizə təqdim edilib”, deyə Böyük Britaniya Xarici işlər nazirliyinin nümayəndəsi bildirib.

Sənədlə bağlı rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir. Həmçinin “Skripalın işi” üzrə araşdırma Kimyəvi Silahlar Konvensiyasına üzv ölkələrə də göndəriləcək.

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar