Sloveniyada prezident seçkilərinin qalibi məlum oldu

Sloveniyada prezident seçkilərinin qalibi məlum oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib.

Bu barədə ölkənin Dövlət Seçki Komissiyası bildirib.

İlkin nəticələrə görə,  53 yaşlı B.Pahor 52,95%, onun rəqibi, Kamnik şəhərinin meri Maryan Şarets isə 47,05% səs toplayıb.

Qeyd edək ki, oktyabrın 22-də keçirilən prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi. İkinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşir.  Sloveniyada prezident 5 il müddətinə seçilir.

***

12:43

Bu gün Sloveniyada prezident seçkilərinin ikinci turu keçirilir.

Oktyabrın 22-də keçirilən prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50 faizlik baryeri aşaraq qalib gələ bilməyib.

Birinci turda müstəqil namizəd kimi iştirak edən hazırkı dövlət başçısı Borut Pahor 47,21 faiz, Kamnik şəhərinin meri, keçmiş aktyor Maryan Şarets 24,76 faiz səs toplayıb. İkinci turda da məhz bu iki namizəd mübarizə aparır.

Qeyd edək ki, Sloveniya parlamentli respublikadır, prezident daha çox mərasimlərdə dövləti təmsil edir.  //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar