A24 Xeber

SMS və MMS ləğv oluna bilər – AÇIQLAMA

SMS və MMS ləğv oluna bilər – AÇIQLAMA
265
19 Noyabr 2018 - 19:47

Gələcəkdə insanlar telefonla daha az danışacaq.

A24.Az xəbər verir ki, bunu “Bakcell” MMC-nin baş icraçı direktoru Nikolay Bekers Trend-ə müsahibəsində deyib.

N.Bekersin sözlərinə görə, mobil rabitə abunəçiləri səsli xidmətlərdən getdikcə az istifadə edir:

“Amma bu, o demək deyil ki, telekommunikasiya xidmətlərindən istifadə olunmayacaq. Bildiyiniz kimi, bu gün telefon portativ kompüter funksiyası daşıyır. İnsanlar daha çox müxtəlif messencerlərdən istifadə etməklə ünsiyyət yaradır”.

N.Bekers onu da əlavə edib ki, qısa mesajla bağlı bəzi telekommunikasiya xidmətləri aktuallığını da itirməkdədir:

“Bu gün abunəçilər SMS xidmətindən daha az istifadə edirlər. Bu tam normal prosesdir və texnoloji inkişafla bağlıdır. Bu gün istifadəçilər messencerlərdən, videoxidmətlərdən istifadə edir. Biz MMS xidmətindən dərhal imtina etməyəcəyik. Amma mənim proqnozlarıma əsasən, yaxın 5 ildə həm MMS, həm də SMS xidmətləri ləğv olunacaq”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00