SOCAR-ın adına çıxarılan məhsul "ebay"dan çıxarıldı - FOTO

SOCAR-ın adına çıxarılan məhsul “ebay”dan çıxarıldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Son iki gündə üzərində təxribat xarakterli “Günəşli yatağından xam neft” yazısı olan məhsulun şəkli yayılıb.

“A24.az” SOCAR-ın saytına istinadən xəbər verir ki, şəkildə göstərilən məhsulun üzərində Azərbaycan Respublikasının xəritəsi təhrif olunub, eyni zamanda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları barədə yalnış məlumat verilib, yataqdakı resurslar hazırda 9 mrd barel həcmində qiymətləndirildiyi halda 6.4 mlrd. barrel göstərilib.

socar_290716_02

SOCAR-ın apardığı araşdırmalardan məlum olub ki, həmin şəklin Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə heç bir əlaqəsi yoxdur və Böyük Britaniyada yaşayan özəl bir satıcı bu şəkili özünün “ebay” satış məkanında yerləşdirib. Şəkildəki məhsulun satıcısı ilə əlaqə yaradılaraq üzərində yalnış məlumatlar olan məhsulun “ebay” səhifəsindən çıxarılması tələb edilib.

Məhsulun üzərində yol verilmiş təhriflərə görə üzr istəyən satıçı SOCAR-ın tələbini dərhal yerinə yetirib. Hazırda “Günəşli yatağından xam neft” məhsulunu “ebay”da əldə etmək mümkün deyil.

socar_290716_01

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar