A24 Xeber

SOCAR istiqrazları rekord qiymətə satıldı

SOCAR istiqrazları rekord qiymətə satıldı
477
06 Dekabr 2018 - 15:10

Növbəti faiz ödənişinə 1 aydan çox vaxt qalmasına baxmayaraq, SOCAR istiqrazları rekord qiymətə satılıb.

SOCAR istiqrazlarının marketmeykeri “PSG Kapital” şirkətindən A24.Az-a verilən məlumata əsasən, 5 dekabr tarixində istiqrazların satışı 1 032 dollardan həyata keçirilib. Bu, buraxıldığı gündən indiyədək SOCAR istiqrazları üzrə baş tutmuş ən yüksək satış qiymətidir.

Bildirilib ki, istiqrazların rekord qiymətə satışı, onlara olan tələbatın kəskin artımı ilə bağlıdır.

SOCAR-ın 2016-cı ildə daxili bazar üçün dollarda buraxdığı istiqrazlarının müddəti 5 il, illik gəlirliliyi 5%, faiz ödənişi isə hər 3 aydan birdir.

Qeyd olunan qiymətli kağızlar üzrə indiyədək 8 dəfə faiz ödənişi olub. Növbəti faiz ödənişi 17 yanvar 2019 tarixində həyata keçiriləcək.

SOCAR ustiqrazlarının başlıca üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin daim qrafikə uyğun aparılmasıdır.

SOCAR istiqrazlarının sahibləri istiqrazlarını girov qoymaqla, dollarda illik 5% olan gəlirlərini itirmədən, qısa və uzunmüddətli kreditlər götürmə imkanına da malikdirlər.

SOCAR istiqrazlarını əldə etmək 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən mümkündür.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00