SOCAR prezidenti İranda səfərdə olub - FOTO

SOCAR prezidenti İranda səfərdə olub – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Noyabrın 28-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri İranda səfərdə olub, bu ölkənin neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak ediblər.

a24.az“ın məlumatına görə, SOCAR-dan bildirilib ki, konfransda İranın neft naziri Bijən Namdar Zəngənə, İran Prezidentinin hüquqi məsələlər üzrə müavini xanım Elham Əminzadə, neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi açılış çıxışları ediblər.

Sonra tədbirdə İranın neft-qaz yataqlarının işlənilməsi proqramlarının həyata keçirilməsi və hasilatın artırılması, neft-qaz sənayesində investisiya imkanları məsələlərinə dair çıxışlar dinlənilib, təqdimatlar olub. İran neft sənayesinin mövcud vəziyyətini, imkanlarını və potensialını əhatə edən 50-dən artıq yeni neft-qaz layihəsinin təqdimatı keçirilib.

Səfər çərçivəsində Rövnəq Abdullayev İranın neft naziri Bijən Namdar Zəngənə və neft nazirinin müavini, Milli Neft Şirkətinin prezidenti Röknəddin Cavadi ilə görüşlər keçirib. Hər iki görüşdə İran tərəfi SOCAR nümayəndə heyətinin konfransda iştirakından məmnunluq duyduğunu qeyd edib. Neft naziri İranın qonşu ölkələrlə və xüsusən, Azərbaycanla əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

SOCAR-ın prezidenti şirkətin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi üzrə aparılan işlər barədə məlumat verib. Görüşlər zamanı İranda həyata keçirilməsi planlaşdırılan potensial layihələr haqqında fikirlər səsləndirilib, müzakirələr aparılıb. Layihələrin həyata keçirilməsi üçün müvafiq hüquqi və kommersiya şərtlərinin vacibliyi, sərmayələrin qorunmasının, münbit investisiya mühitinin təmin olması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. SOCAR və NİOC arasında bir sıra istiqamətlər üzrə, o cümlədən əlverişli coğrafi mövqeyi nəzərə almaqla neft-qaz həcmlərinin svap əməliyyatları, neft-qaz treydinqi məsələləri, hər iki ölkədə və üçüncü ölkələrdə kəşfiyyat və hasilat layihələri, neft-kimya layihələri və s. sahələr üzrə mümkün əməkdaşlıq istiqamətləri geniş müzakirə edilib.

Rövnəq Abdullayev konfransda iştirak edən Malayziyanın “Petronas” şirkətinin prezidenti Datuk van Zulkiflee van Ariffin ilə də görüşüb. Görüşdə “Petronas” şirkətinin iştirakçı olduğu “Şahdəniz” layihəsi çərçivəsində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
İqtisadiyyat, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar