Soçi görüşü də bizim üçün nəticəsiz bitdi! - "...müharibəni başlamalıyıq" - ŞƏRH

Soçi görüşü də bizim üçün nəticəsiz bitdi! – “…müharibəni başlamalıyıq” – ŞƏRH
Want create site? Find Free WordPress Themes and plugins.

Qarabağ Azadlıq Təşkilatın sədri Akif Nağı Ərdoğanın rus həmkarı Putinlə görüşünü dəyərləndirib.

“A24.az” bildirir ki, təşkilat sədri bunları deyib:

“Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü də bizim üçün nəticəsiz bitdi. “Bizim” dedikdə, Qarabağı nəzərdə tuturam. Ayrı bir dərdimiz yoxdur.

Hörmətli Ərdoğan oradan çıxıb gündəmdə olan tərəfə getdi. Deməli, bizim məsələ gündəmdə deyil. Bizim məsələnin gündəmə gəlməsi üçün müharibəni başlamalıyıq.

Mən əminəm ki, bu müharibə erməni işğalına son qoyacaq. Ən pis halda məsələ bütün dünyanın gündəminə gələcək. Dünya birliyi ermənilərin boş çərənləmələrini, sayıqlamalarını kənara qoyub , həqiqətin üzünə dik baxmağa başlayacaq. Onda dostlarımız da bizim təpərimizi görəndən sonra yanımızda yer alacaqlar”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar