ŞOK: Məhkum 3 dəqiqəyə helikopterlə həbsxanadan qaçdı - FOTO

ŞOK: Məhkum 3 dəqiqəyə helikopterlə həbsxanadan qaçdı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Fransada 25 il həbsə məhkum edilən 46 yaşlı Redoine Faid silahlı olan 3 nəfərin həbsxananın həyətinə endirdiyi helikopterlə qaçıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, məhbusu qaçıran silahlılar helikopteri şirkətdən oğurlayıb. Ağır silahlarla silahlanmış 3 nəfər əvvəlcə duman bombası atıb, sonra da dəmir kəsən alətlə həbsxananın qapısını kəsərək Faidin çıxıb qaçmasına şərait yaradıblar.

Sadəcə bir neçə dəqiqə davam edən qaçış hadisəsindən sonra həbsxanadan ayrılan helikopterin Parisin şimalına doğru istiqamət aldığı təsbit edilib. Helikopterin arxasınca 1 saat dayanmadan düşən polis onu Chrales-de-Gaulle Hava Limanında yanmış halda tapıb.

Silahlı şəxslər qaçırdıqları helikopterin pilotunu sərbəst buraxıblar, özləri isə qara rəngli avtomobillə qaçaraq izlərini itiriblər.

Adı çoxlu sayda cinayətə qarışan, axırıncı dəfə 2010-cu ildə bank avtomobilinə edilən hücum zamanı 26 yaşlı polis məmurunun öldürülməsində günahlandırılan Faid 25 illik həbs cəzasına məhkum edilib. Faid 2013-cü ilin 13 aprel tarixində həbsxanadan qaçmış, lakin mayın 29-da oteldə yaxalanmışdı.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar