A24 Xeber

Son 10 ilin ən yaraşıqlı Azərbaycan kişiləri – SİYAHI – FOTOLAR

Son 10 ilin ən yaraşıqlı Azərbaycan kişiləri – SİYAHI – FOTOLAR
1. 097
03 Noyabr 2018 - 12:53

Azərbaycanlı qadınlarının gözəlliyindən tez-tez danışılsa da, Azərbaycan kişisi obrazı nadir hallarda gündəmə gəlir. Lakin Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanda kişi obrazı da yetərincə diqqətçəkəndir. Təsadüfi deyil ki, Azərbaycan kişisi Qafqazın ən yaraşıqlı kişi tipi sayılır.

A24.Az son 10 ildə reytinqli jurnalların üz qabığında yer almış dünyaca məşhur yaraşıqlı Azərbaycan kişilərinin siyahısını təqdim edir:

Zabit Səmədov – “Mauqli” ləqəbli qaydasız döyüşçü, kikboksyor. 21 iyun 1984-cü il doğulub.

Fərid Məmmədov – 30 avqust 1991-ci ildə Bakıda anadan olub. Fərid Məmmədov 2013-cü ildə Avroviziya Mahnı Müsabiqəsində “Hold me” mahnısı ilə Azərbaycanı təmsil edib və müsabiqənin ikincisi olub.

Azər Atakişiev – model və aktyor. 6 dekabr 1990-cı ildə Bakıda doğulub. “The Best Model Of Azerbaijan 2010” müsabiqəsinin qalibi olub. Hazırda Almaniyanın “Louisa Models” markasıyla işləyir.

Emin Ağalarov – “Crocus Group” şirkətləri qrupunun vitse-prezidenti, müğənni, musiqiçidir. 12 dekabr 1979-cu ildə Bakıda doğulub.

Qaraqan – musiqiçi, yazıçı. Əsl adı Elxan Zeynallıdır. 3 aprel 1986-cı ildə Bakıda doğulub. Əvvəllər H.O.S.T qrupunun tərkibində ifa edirdi, 2012-ci ildən solo kariyerasına başlayıb. Hazırda ABŞ-da yaşayır.

Elnur Hüseynov – müğənni. 7 mart 1987-ci ildə hərbçi ailəsində, Aşqabadda doğulub. 2003-cü ildə “Sing Your Song”un qalibi olub. Eurovision-2008”də Samir Cavadzadəylə “Day after Day” mahnısı ilə Azərbaycanı təmsil edib. “O ses Türkiye”nin qalibidir.

Rüstəm Cəbrayılov – aktyor və modeldir. 8 iyun 1986-cı ildə Luqanskda azərbaycanlı ailəsində doğulub. “The Best Model Of Azerbaijan 2006” müsabiqəsinin qalibidir.

Eldar Qasımov – müğənni. “Eurovision-2011”də (Nigar Camalla birlikdə) Azərbaycanı təmsil edib və müsabiqənin qalibi olub. 4 iyun 1989-cu ildə Bakıda doğulub.

Əli Hüseynov – Model, “Mister Azerbaijan 2017” müsabiqəsinin qalibi.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00