Son 14 ildə 1044 hərbçimizi itirmişik -STATİSTİKA

“2003-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 1044 hərbi qulluqçusunu itirib”. A24.Az Xəzər Hərbi Tədqiqatlar İnstitutunun açıqladığı statistik məlumatlara əsasən xəbər verir ki, həmin məlumatlar Azərbaycanda mətbuatının monitorinqinin nəticəsində əldə edilib.

İnstitut qeyd edir ki, onlardan 365 nəfəri Ermənistan silahlı bölmələrinin gülləsindən, mina və sursat partlayışından həlak olub. 679 nəfəri isə qeyri-döyüş itkiləridir.

Ümumilikdə, 2003-2016-cı illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı isə 800 nəfərdən artıq göstərilir.

İtkilərlə bağlı rəqəmlərin sosial şəbəkələr, media üzərində aparılan davamlı monitorinqlər nəticəsində ortaya çıxdığı bildirilir.

İnstitutun təxmini hesablamalarına görə, 1994-cü ilin may ayından – Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 4000 nəfərdən artıqdır.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR