SON DƏQİQƏ: Neftin qiyməti 200 dollar ola bilər

SON DƏQİQƏ: Neftin qiyməti 200 dollar ola bilər
Want create site? Find Free WordPress Themes and plugins.

İran və Ərəbistan arasında hər cür mümkün hərbi münaqişə yaranacağı təqdirdə bölgə və dünya üçün böyük bir faciə olacağı barədə xəbərdarlıq edilib.

A24.Az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, bu haqda CNBC kanalı məlumat yayıb.

Bildirilib ki, İran və Ərəbistan arasında yaranacaq hər cür qarşıdurma vəziyyətində neftin qiymətləri (1 barel) 200 dollara yüksələcək: “Çünki OPEK-in ən böyük istehsalçıları Fars Körfəzində yer alır. Hasil etdikləri neftin də Hörmüz Boğazından keçdiyini nəzərə alsaq, İran və Ərəbistan arasında yarana biləcək qarşıdurma vəziyyətində bu boğaz İran tərəfindən asanlıqla bağlanıla bilər ki, bu da Fars Körfəzi regionundan dünyaya neft ixracının dayanmasına yol açacaq. Bu isə öz növbəsində 1973-ci ildə baş verən neft böhranı kimi güclü və sürətli bir qlobal böhrana səbəb ola bilər”, – deyə qeyd olunub.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar