“Son devalivasiyadan sonra varlılar daha da varlandı” - AÇIQLAMA

“Son devalivasiyadan sonra varlılar daha da varlandı” – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Son devalivasiyadan sonra varlılar daha da varlandı, əhalinin aztəminatlı təbəqəsi isə demək olar ki, çöküşdədir.

“Son illər bir çox beynəlxalq yarışların Azərbaycanda keçirilməsi real olaraq ölkə iqtisadiyyatına mənfi təsir göstərib.Bu kimi yarışların iqtisadi baxımdan o qədər də inkişaf etməyən, büdcəsini neft hesabına formalaşdıran Azərbaycanda keçirilməsi sosial problemlərə yol açıb”.

“A24.az” bildirir ki, bunu göndərilən açıqlamasında “Korrupsiya və İnhisarçılığa Qarşı Mübarizə mərkəzi”nin sədr müavini Zöhrab Məlikov bildirib.

Z.Məlikov hesab edir ki, indiki zamanda büdcənin israfçılıqla xərclənməsi hesabına Azərbaycanı dünyaya tanıtmaq düzgün addım deyil:

“Bu gün ölkədə milyardlarla dollar hesabına salınan keyfiyyətsiz infrastukturun ömrü bir sezonluq olur. Dövlət büdcəsinin bu cür infrastrukturların qurulması üçün sərf olunması yolverilməzdir. İdmana qoyulan investisiya təhsilimizə qoyulsa, cəmiyyət üçün daha faydalı olar”.

Azərbaycanın sosial-iqtisadi vəziyyətinə də toxunan Z.Malikov vurğulayıb ki, Azərbaycanda mövcud sosial vəziyyət kritik həddədir:

“Cəmiyyətimizdə sosial təbəqələşmələr arasındakı fərq çox böyükdür. Son devalivasiyadan sonra varlılar daha da varlandı, əhalinin aztəminatlı təbəqəsi isə demək olar ki, çöküşdədir. Onsuz da cəmiyyət bu kritik vəziyyətdən çıxış yolunu ən pis halda intiharda, yaxşı halda isə ailələrin dağılmasında görür. Bu cür davam edə bilməz. Sosial təbəqələşmənin qarşısı alınmalı, orta sahibkarlığa dəstək proqramları işlənib hazırlanmalıdır. Orta sahibkarlığı olmayan ölkələrin iqtisadiyyatı məhv olmağa məhkumdur. Buna bariz nümunə Rusiya və Venesuella kimi neft hesabına formalaşaraq varlanan və ilk krizisdə ölkələrin ağır iqtisadi tənəzzüllə üzləşməsini göstərə bilərik”.

Azərbaycanın Avropaya inteqrasiyasından söz açan ekspert bildirib ki, Avropadan öyrənə biləcəyimiz çox faydalı sahələr var: “İlk öncə qanunun aliliyi, məhkəmələrin sərbəstliyi, söz azadlığı, insanların sərbəst toplaşma azadlığı və s. Hesab edirəm ki, kommunist təfəkkürlü insanlarla bu islahatların gerçəkləşdirilməsi ya mümkün deyil, ya da çox çətin və uzun prosesdir. Avropaya inteqrasiya bizi rus hökmranlığından qismən də olsa azad edəcək. Əlbəttə ki, bunun üçün ciddi fəaliyyət və zaman lazımdır”. (Cebhe.info)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar