"Sonsuz" romanı işıq üz gördü - FOTO

“Sonsuz” romanı işıq üz gördü – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Gənc yazar, tanınmış tərcüməçi Əli Rzazadənin yeni romanı işıq üzü görüb.

A24.az xəbər verir ki, yazıçının “Sonsuz” adlanan yeni romanı çapdan çıxıb.

Romanda öz doğma qızlarından otuz ildir ayrı düşmüş və el arasında “sonsuz..” kimi tanınan tənha bir qocanın iztirablı, həsrət dolu həyatından bəhs edilir. O, həyatın ona məcburən damğaladığı “sonsuz” ünvanının yükünü otuz ildir qamçılanaraq, yerə qoymadan daşıyır. Romanın qəhrəmanı ümid edir ki, sonu naməlum olan çıxdığı yolda bu yükü ondan götürərək “sonsuzluğa” yuvarladacaq biri mütləq gələcək.

Romanın yaxın günlərdə təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, sözügedən roman müəllifin sayca üçüncü romanıdır. Ə.Rzazadə bundan əvvəl “Yağış” və “Səmaya qayıdan Yazı” romanlarını oxuculara təqdim edib. O, eyni zamanda, “Nurdan Zərrələr” adlı əsərin müəllifidir. Ə.Rzazadənin ərəb dilində qələmə aldığı və Xocalı həqiqətlərini özündə əks etdirən “Xocalıya Ədalət” adlı əsəri ərəb ölkələrində geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Səid Qərib

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar