Sonsuzluq hallarının artma səbəbləri

Sonsuzluq hallarının artma səbəbləri
Want create site? Find Free WordPress Themes and plugins.

Araşdırmalara əsasən, Türkiyədə hər 100 cütlükdən 15-i sonsuzluq problemilə qarşılaşır. Mütəxəssislərin fikrinə əsasən, bunun ən mühüm səbəbi böyük şəhərlərdəki həyat şərtləridir.

 

“A24.az” xəbər verir ki, mütəxəssislər genetik amillərdən başqa bunun səbəbinin piylənmə, hormonlu qidalar, ətraf mühitin çirkliliyi, gərginlik, siqaret və kariyera planları olduğunu bildirirlər.

timthumb

Qadın xəstəlikləri üzrə mütəxəssis Dr. Funda Yazıcı Erol bu mövzuda fikirlərini belə bildirib: “Həm bütün dünyada, həm də Türkiyədə sonsuzluq nisbətləri 21%-dən 15%-ə qalxıb. Hər evli cütlükdən 15-i övlad sahibi olmaq üçün bizə müraciət edir, müalicə olunur”.

Dr. Erolun vurğuladığı digər məsələ, qadınların övlad sahibi olmağı sonrakı yaşlara saxlamasıdır: “Ən mühüm səbəblərdən biri, qadının övlad sahibi olmasını sonrakı yaşlara saxlaması, karyera səbəbilə daha gec yaşlarda ana olmağı istəməsidir. Lakin qadının yaşı 35-i keçdikdən sonra yumurtalıqlarda ciddi azalma baş verir. Xüsusən bir qadının çəkisinin 10 kq artması hamiləlik nisbətlərini xeyli aşağı salır. 1900-cı illərdə 100- 200 milyon arasında spermatozoid sayı normal qəbul edildiyi halda, artıq dövrümüzdə 15 milyona yaxın spermatozoid sayı normal qəbul edilir. Spermatozoidlərin hərəkətlərində və morfologiyasında da xeyli azalma müşahidə edilir”.

Gərgin həyat övlad sahibi olmağı çətinləşdirir. Araşdırmalara əsasən, cütlüklərin ən çox hamilə qalma dövrü tətildə olduqları vaxta təsadüf edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar