A24 Xeber

Sosial sığorta: indi ödə, gələcəyini sığortala – ARAŞDIRMA

Sosial sığorta vətəndaşın gələcəyi üçün bir sığorta yastığı formasıdır

Sosial sığorta: indi ödə, gələcəyini sığortala – ARAŞDIRMA
689
15 May 2015 - 15:53

dsmf_bina_230415Dünyanın müxtəlif ölkələrində pensiya sistemi hər dövlətin özünün sosial-iqtisadi vəziyyətinə uyğun olaraq qurulur və zaman-zaman təkmilləşdirilir. Dövlətlər bu sistemin təşkilinə aid özlərinin strategiya və taktikasını dəyişməkdə davam edirlər. Dünyada pensiya sistemi 1 əsrdən çoxdur ki, təkmilləşdirilir. Bu cür təkmilləşmələr Azərbaycan pensiya sistemində də davam etdirilir.

“A24.az”ın əməkdaşı ölkədə sosial sığorta haqlarının pensiya təminatında rolunu araşdırıb.

Məlum olub ki, pensiya sisteminin ilkin formalaşması dövründə ölkəmizdə pensiyalar sabit məbləğdə müəyyənləşdirilirdisə, bir qədər sonra buraya əməkhaqqı ilə bağlı pensiyalar, ödənilən sosial sığorta haqlarının fərdi uçotuna və indeksasiyasına əsaslanan pensiyalar, nəhayət, sosial sığorta haqlarının fərdi hesablarda real yığılmasına və bu vəsaitin yerləşdirilməsinə əsaslanan pensiyalar əlavə olundu. Bir sözlə, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Sovet dönəmindən qalmış və günün tələblərinə cavab verməyən pensiya münasibətlərində köklü dəyişikliklərin başlanğıcı 2001-2005-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın reallaşdırılması ilə qoyulub. Məhz bu dövrdə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atıldı, vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tədbirlər həyata keçirildi. Hazırda Azərbaycanda pensiyaların verilməsi və pensiyaçıların təyin olunması işi Dövlət Sosial Müdafiə Fonduna (DSMF) həvalə edilib. Hazırda Fond Elman Mehdiyevin sədrliyi altında bu sahədə üzərinə düşən işi icra edir və dünya standartlarının ölkəmizdə tətbiqinə çalışır. Gələcəkdə ölkədə pensiya islahatlarının dünya standartlarına çatdırılması üçün də Azərbaycan prezidenti İlham Əliyev “2014-2020-ci illə Pensiya İslahatı Konsepsiyası” Haqqında Sərəncam imzalayıb. Yeni Konsepsiyaya əsasən, bu sahədə bir sıra yeniliklər gözlənilir. Əsas yeniliklər isə sosial sığorta ilə bağlıdır. Konsepsiyanın həyata keçirilməsindən gözlənilən nəticələrə əsasən, təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqı məbləğinin uyğunlaşdırılması, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sığortaya dair prinsiplər təkmilləşdiriləcək, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsi məqsədilə qanunvericilik aktlarının təkmilləşdirilməsi, sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum səviyyəyə endirilməklə maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması və digər bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sosial sığorta sahəsində aparılan islahatlar, sosial sığorta ödənişləri və vətəndaşlara xeyri, bu sahədə yaranan çaşqınlıqlar…

Məlumat üçün bildirək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda, yaşa 26359görə əmək pensiyası hüququ vardır. Əks təqdirdə, onlar bu hüquqdan məhrum olurlar. Bildirək ki, 2006-cı ildən etibarən ölkəmizdə yeni -beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Artıq əldə olunmuş ilkin təcrübə yeni sistemin yüksək sosial səmərəliliyini göstərir. Yeni sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artıb. Bütövlükdə, pensiyaların artım mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə həyata keçirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaradıb. Məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılıb, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilib və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib. Bu sahənin inkişafı üçün Azərbaycan prezidentinin sərəncamı ilə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair” Dövlət Proqramı təsdiq edilib.

İndiyədək ölkədə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilib və bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi və yenidən qurulması əməli həyata keçirilib. Hazırda ölkəmizdə əmək pensiyaları sistemi çərçivəsində nəzərdə tutulmuş baza və sığorta hissələri müsbət nəticələrlə tətbiq olunsa da, əmək pensiyalarının qanunvericiliklə nəzərdə tutulmuş üçüncü elementinin –yığım hissəsinin fəallaşdırılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi gündəlikdə durur.

Bununla yanaşı, pensiya münasibətlərinin könüllü pensiya sığortası və qeyri-dövlət pensiya təminatı kimi elementləri özündə cəmləşdirən islahat istiqamətinin reallaşdırılması ölkəmizin perspektiv sosial-iqtisadi tərəqqisində mühüm rol oynamalıdır.

Bəs, iş stajına görə yüksək məbləğlə pensiyaya necə çıxmaq olar?

Sosial sığorta iqtisadi mahiyyətinə görə işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırılır. İşçinin əməyinin dəyəri təkcə əməkhaqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən, xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür. Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əməkhaqqına üstəlik adlandırılır və əməkhaqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir.

Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Hər bir Azərbaycan vətəndaşı sosial sığorta ödəməklə, gələcəyini yuxarıda sadaladığımız məsələlərdən sığortalayır. Pensiya yaşına çatan, sığorta ödənişi edən hər bir kəs yüksək məbləğdə pensiya əldə edə bilər.

Sosial sığorta vergi deyil….

cobanBəzən yanlış olaraq vergi ilə sosial sığorta qarışdırılır. Bu da, sözüsüz ki, sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırır. Vurğulayaq ki, vergi dövlət büdcəsinə gedirsə, sosial sığorta əksinə, vətəndaşın özünə çatır. Bu cür çaşqınlıqla üzləşənlərdən biri də Sovet dövründə kolxozların birində sürücülüklə məşğul olan, hazırda Salyan rayonunun Xələc kəndində fermer təsərrüfatı ilə məşğul olan Güloğlan kişidir. Güloğlan kişi bildirir ki, 1990-cı ildən bu yana heç bir müəssisədə, dövlət işində çalışmayıb. Öz təsərrüfatında çalışdığı üçün də heç bir sosial sığorta ödənişi etməyib. Bunu isə belə əsaslandırır: “Mənim Sovet dövründən xeyli iş stajım var və buna uyğun pensiya alacam. Nəyə görə yenidən dövlətə vergi ödəməliyəm. Əlimdə olan vəsaiti problemlərimin həllinə yönəldirəm də! Bilsəm ki, nə vaxtsa dövlət sözügedən vəsaiti mənə qaytaracaq, bunu artıqlaması ilə etməyə hazıram. Yoxsa, mən əlavə ödəniş edim ki, bunu pensiyamın üstünə gələcəklər, bax, buna inanmıram”.

Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytında vətəndaşların müraciəti bölümündə apardığımız araşdırma zamanı maraqlı bir faktla da rastlaşdıq. Vətəndaş bildirir ki, 1968-ci ildə doğulub, 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1991-1992-cı illərdə Qarabağ Müharibəsində iştirak edib. Hazırda 47 yaşı var və heç bir iş stajı yoxdur. Gələcəkdə pensiya almaq üçün Fonda pul ödəməlidirmi? Bu sualla da DSMF-yə müraciət edib.

Rəsmi cavab isə belə olub: “Hörmətli istifadəçi! Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin fəaliyyət müddətləri sığorta stajına daxil edilir”.

Ekspert rəyi…

Xeyal Memmedxanli 2_0Məsələ ilə bağlı sığorta mütəxəssisi Xəyal Məmmədxanlı bildirib ki, sosial sığorta “Sosial sığorta haqqında” Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta “sosial sığorta”, “məcburi dövlət sığortası” və “könüllü (əlavə) sığorta” formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki praktik olaraq əmək qabiliyyətli insanlar üçün sosial sığortanın ödənilməsi ona görə vacibdir ki, bu ayırmalar

vuqar-byramovsonradan onun özünə qalır. Vergiyə ödənilən vəsait birbaşa dövlət büdcəsinə gedirsə, sosial ayırmalara ödənilən vəsait büdcə ilində xərclənmir. Sosial ayırmaların 50 faizi cari xərclərin ödənilməsi üçün, yəni pensiyaların verilməsi və digər məqsədlər üçün, digər 50 faizi isə şəxslərin hesabına yığılır sonradan pensiya yaşına çatanda, onlara qaytarılır.

Bu o deməkdir ki, əgər işəgötürən işçiyə nə qədər çox sosial ayırma edirsə, işçi gələcəkdə o qədər çox pensiya alacaq. O, baxımdan, sosial ayırmanın edilməsi yalnız sosial siyasətin həyata keçirilməsi və ya bütövlükdə dövlətin maliyyə təminatı baxımından əhəmiyyətlidirsə, eyni zamanda, sosial sığorta, bunun həyata keçirilməsi vətəndaşın öz sosial təminatı baxımından olduqca yaxşıdır.

Ekspert vurğulayır ki, DSMF-nin Nazirlər Kabinetinə təqdim etdiyi yeni təkliflər paketində ödəniş edilən sosial sığorta ayırmalarının 100 faizinin şəxsi hesablarda toplanması nəzərdə tutulur: “Bu isə o deməkdir ki, yeni dəyişikliklər edildikdən sonra vətəndaş ödədiyi sığorta ödənişinin hamısını pensiyaya çıxdıqdan sonra geri almaq hüququna malik olacaq. Bir sözlə, sosial sığorta vətəndaşın gələcəyi üçün bir sığorta yastığı formasıdır”.

Nəticə…

Araşdırmalarımızdan sonra gəldiyimiz qənaət budur ki, bu sahədə yazılı və elektron mediada təbliğat işi aparılır. Ancaq görünən odur ki, bu, kifayət qədər effektli və yetərli deyil. Bu sahədə daha ciddi təbliğat işinin aparılmasına, xüsusilə televiziya kanallarında vətəndaşlar üçün daha anlaşılan üslubda məlumatverici reklam roliklərinin yayımlanmasına ehtiyac var.

Statistika. Azərbaycanda əmək pensiyaçılarının sayı 1 yanvar 2015-ci il tarixinə 1290,9 min nəfər idisə, 1 aprel 2015-ci il tarixinə 2,3 min nəfər və ya 0,2 faiz artaraq 1 293,2 min nəfər təşkil edib. Şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, kəndlərdə isə 99,7 faizinin, ümumilikdə ödəniş aparılan pensiyaçıların 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Bununla belə, 2015-ci il may ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayında əlavə olaraq 21 354 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun  fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,92 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 063 167 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 810 275 nəfər) kişi, 40,9 faizi (1 252 892 nəfər) isə qadındır.
2015-ci ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 65,7 faizi və ya 269,5  mln. manatı qeyri-büdcə sektorunun payına düşüb. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verir.

Qeyd. Yazı Dövlət Sosial Müdafiə Fondunun elan etdiyi “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda müsabiqə üçün hazırlanıb.

Amid

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00