A24 Xeber

“Yarımdünya” təqdim edildi – FOTO

Miri Yusifin əyri burnu necə düzəldi?

“Yarımdünya” təqdim edildi – FOTO
583
07 Aprel 2015 - 16:24

Ötən gün tanınmış məkanların birində “Yarımdünya” filmi təqdim olundu.

“A24.az” xəbər verir ki, kinonun aktyorları tanınmış müğənni Miri Yusif, aktrisa Pərvin Abıyeva, Gülsara, aparıcı və prodüsser Tural Əsədov, Kamran Ağabaleyev, Qurban İsmayılovdur. Kinonun rejissoru isə Kurtlar vadisi pusu serialından Hakan obrazı ilə tanıdığımız Osman Albayrakdır.

Öncəliklə kinonu jurnalistlərə təqdim edən Miri Yusif tənqidlərə hazır olduğunu söyləyib. Filmin süjet xətti fərqli olması ilə yanaşı həm də maraqlı idi. Səmimiliyin hiss olunduğu filmdə edilən zarafatlar da tam yerinə düşmüşdü. Ara-bir istifadə olunan vulqar sözlər isə tamaşaçını güldürmək üçün yox, söylənilməsi lazım olan vaxtlarda istifadə olunub.

Aktyor oyununa gəldikdə isə, ilk dəfə olaraq özünü aktyor kimi sınayan Miri Yusifin əlindən gələni etdiyi ortada idi. Pərvin Abıyeva, Tural Əsədov və Kamran Ağabalayevin canlandırdığı obrazlar isə tamaşaçıya inandırıcı gəlmişdi. Filmin nöqsanlarından biri isə, gözəl aktyor oyununu bacarsa da, Azərbaycan dilində danışa bilməyən Gülsaranın səsinin dublajında edilən sünilik idi.

Ümumilikdə isə, çəkilən komediya janrında olan filmlərimizdən sonra dram janrlı kinolara “Yarımdünya” filmi yenidən təkan verdi.

Miri Yusif döyüldüyü səhnələrin real olduğunu və hətta əyri olan burnuna vuran Kamranın zərbəsindən sonra burnunun düzəldiyini gülərək açıqladı.Ötən gecə kinonun qapalı nümayişi üçün məşhurlar da dəvət olunmuşdu.

“A24.az” şou-biznesin bir çox nümayəndələrinin olduğu tədbirdən fotoları təqdim edir:

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00