Soydaşımız qorxunc “Denqe” virusuna yoluxub

Soydaşımız qorxunc “Denqe” virusuna yoluxub
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstanın azərbaycanlıların kompakt məskunlaşdığı Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda “Denqe” virusu qeydə alınıb.

APA-nın Gürcüstan bürosu “www.newsgeorgia.ge” saytına istinadla xəbər verir ki, təhlükəli virusa Fazisi kəndində cavan kişi yoluxub. Bolnisi rayonunun İctimai səhiyyə mərkəzinin direktoru Maka Mamardaşvili deyib ki, xəstədə virusun yüngül formasıdır və o, demək olar ki, sağalıb.

Bolnisiyə artıq entomoloqlardan ibarət qrup yollanıb və qrup 10 gün iş aparacaq. Əgər mütəxəssislər virusun daşıyıcısını aşkar etsələr, dezinfeksiya işləri aparacaqlar.

Qeyd edək ki, “Denqe” virusu ağcaqanad vasitəsi ilə yayılır, bu virus tropik ərazilərdə geniş yayılıb. Gürcüstanda “Denqe” virusu ilk dəfə 2013-cü ildə və daha sonra 2016-cı ildə qeydə alınıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar