"Sportinq"in futbolçusu komanda yoldaşının həyatını belə xilas etdi - Video

“Sportinq”in futbolçusu komanda yoldaşının həyatını belə xilas etdi – Video
Want create site? Find Free WordPress Themes and plugins.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sportinq”in futbolçusu Sebastyan Koates komanda yoldaşı Romen Salenin həyatını xilas edib.

A24.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  bu, Portuqaliya çempionatının 7-ci turunda “Portimonensi” ilə matçda baş verib.

 28 yaşlı müdafiəçi oyunun gedişatında halı pisləşən və boğulmağa başlayan qapıçı Romen Salenə ilkin yardım edib. O, həkimlər meydana daxil olana qədər əlini komanda yoldaşının ağzına salıb və dilinin qatlanmasının qarşısını alıb.

Qeyd edək ki, R.Salen 1-ci hissənin sonunda əvəzlənib.

Xatırladaq ki, “Portimonensi” – “Sportinq” oyunu ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar