Star Neftayırma Zavoduna 6 milyarddan çox pul xərclənib 

Star Neftayırma Zavoduna 6 milyarddan çox pul xərclənib
Want create site? Find Free WordPress Themes and plugins.

SOCAR-ın Əliağada həyata Star Neftayırma Zavodunda işlər yekunlaşmaq üzrədir.

A24.Az xəbər verir ki, Zavod ən gec 2018-ci ilin sentyabrında fəaliyyətə başlayacaq.

Bundan sonra zavodda istehsal edilən məhsullar Türkiyədə satılmağa başlanacaq. Rövnəq Abdullayev zavodun investisiya miqadrı ilə bağlı hələlik dəqiq məlumatın  olmadığını deyib. Lakin bu ana qədər layihəyə 6 milyard dollardan çox pul xərclənib.

Zavodun tikintisindən sonra 3 milyard dollar investisiya dəyəri olan ikinci neft-kimya layihəsinə başlanılacaq. Rövnəq Abdullayev bildirib ki, layihənin 2023-cü ilə qədər başa çatdırılması üçün əlimizdən gələni edirik.

“Türkiyənin neft-kimya məhsullarından yaranan 11,5 milyard dollarlıq cari kəsiri var. Biz də Türkiyədə həyata keçirməyi planlaşdırdığımız bu yeni layihələrlə neft-kimya sektorunda cari kəsiri 3 milyard dollara qədər azaltmağa çalışırıq”- deyə Rövnəq Abdullayev əlavə edib.

Nərmin Kərim, A24.Az

 

 

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar