Stresin qızlara və oğlanlara fərqli təsir gücü – ARAŞDIRMA

Araşdırmaçılar stresin qız və oğlan uşaqlarına fərqli təsir etdiyini ortaya çıxarıb.

“A24.az” xəbər verir ki, Stanford Universitetinin tibb fakultəsinin araşdırmaçıları beyində hisslərimizi duymağa kömək edən insula bölgəsinin travma yaşayan qızlarda daha kiçik olduğunu bildirib.

Travma keçirən kişilərdə isə insula bölgəsinin daha geniş olduğunu bildirən araşdırmaçılar travmadan sonra stress pozğunluğunun niyə qızlarda daha çox olduğunu belə açıqlayıb.

Nəticələri “Depression and Anxiety” jurnalında yayımlanan yazıda mütəxəssislər yaşları 9-17 yaş arasında dəyişən 59 uşağın beynini yoxlayıb.

Travma yaşayan qızlarla oğlanların beynindəki insula bölgəsinin travma yaşamayanlara görə, ölçü və həcm olaraq fərqlilik göstərdiyi qeyd edilib.

Araşdırmaçılar insulanın ölçü və həcminin qısa və ya uzun müddətli stresə bağlı olaraq dəyişdiyini və travmadan sonra stress pozğunluğunun inkişaf etməsində rol oynadığını ifadə edib.

Araşdırmalar qızların və oğlanların xüsusilə stresli və yaxud qorxuducu bir hadisədən sonra fərqli şəkildə reaksiya verə biləcəyini və nəticə etibarı ilə onlarla fərqli rəftar edilməli lazım olduğunu ortaya qoyub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR