Studiyada kriminal hadisə

Studiyada kriminal hadisə
Want create site? Find Free WordPress Themes and plugins.

hollanda-televizyonuna-silahli-baskin-6917404_x_7154_oCanlı yayımda silahlı hücum

“A24.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hollandiyanın “NOS” telekanalının studiyasına hücum edən və çıxış etmək istədiyini bildirən silahlı şəxs, polis tərəfindən ələ keçirildi.

Polis bir təhlükəsizlik əməkdaşını girov götürərək telekanalın binasına daxil olan şəxsin yerli saatla 20:00-da yayımlanan xəbər bülletenində bir müddət çıxış etmək istədiyini bildirdi.

Tamamilə boşaldılan binadakı studiyaya yönləndirilən şəxs polislər tərəfindən ələ keçirildi, telekanalın yayımlarında bir müddət fasilə yarandı.

Prokurorluğun mətbuat katibi hadisə ilə bağlı təşkil edilən mətbuat konfransında polis bürosunda ifadə verən cinayətkarın 19 yaşlı Hollandiya vətəndaşı olduğu bildirildi. Bundan sonra televiziya binasının olduğu media mərkəzində təhlükəsizlik tədbirləri gücləndirildi.

“NOS” televiziyası cinayətkardan bir məktub tapıldığını və məktubda onun tək olmadığının yazıldığını bildirdi. Televiziya kanalının internet səhifəsində dərc olunan məktubda isə ölkənin müxtəlif yerlərinə partlayıcı maddələr qoyulduğu, bundan başqa, hakerlərin kiber hücumlar təşkil edəcəkləri qeyd edilirdi.

 

https://www.youtube.com/watch?v=WQupCrQTvjQ

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar