Su yenə can aldı - İki qardaş Xəzərdə boğuldu

Su yenə can aldı – İki qardaş Xəzərdə boğuldu
Want create site? Find Free WordPress Themes and plugins.

Ağstafa sakinləri Xəzər dənizində boğulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları – 12 yaşlı Zahid və 9 yaşlı Amil  bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu görən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.

Onların sudan çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə gətirilib.

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar