Sumqayıtda 5-6 adamı üst-üstə basdırdılar - FOTOLAR - VİDEO

Sumqayıtda 5-6 adamı üst-üstə basdırdılar – FOTOLAR – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Qəbir daşları ölən şəxsin yerinin müəyyən edilməsi, mütəmadi olaraq yad edilməsi üçün olduqca vacib amillərdəndir. Məzar daşları özlüyündə həm də tariximizi əks etdirir.

A24.az  xəbər verir ki, Sumqayıtdakı şəhər qəbiristanlığında qəribə vəziyyət yaranıb. Məsələ ondadır ki, buradakı baş daşlarının bəzilərində dünyasını dəyişən şəxslə bərabər digər iki və ya üç nəfərin də şəkilləri həkk olunub. Bu da öz növbəsində sakinlər arasında çaşqınlıq yaradır.

Rəşad Ağayev – sakin: “Deyək ki, ölü sahibləri bilir. Amma qıraqdan keçən baxır ona, bilmir ki, ölən ətrafındakılardı, qrupdur, yoxsa bir nəfərdi. Gələn deyir ki, burada 5-6 adam üst-üstə basdırılıb, yoxsa nədir belə?

Qəbiristanlıqda 30-a yaxın bu cür baş daşlarını müşahidə etmək olar. Araşdırma zamanı məlum oldu ki, bu əsasən dəfn olunan şəxslərin yaxınlarının istəyi ilə düzəltdirilib.

Həsənbala Teymurov – sakin: “Əvvəllər belə şey olmayıb. Həmişə bir nəfərin şəkli olub. Axır zamanlar baxırsan ki, qəbir daşında 2-3 nəfərin şəkli var”.

Bu kimi hallar dini baxımdan da məqbul hesab edilmir. İlahiyyatçıların fikrincə, bir baş daşında nəinki iki və üç, hətta bir şəklin olması belə düzgün deyil.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən deyirlər ki, hazırda bu sahədə  xaotik vəziyyət hökm sürür. Belə hallar yalnız Sumqayıtda deyil, digər  regionlarda da müşahidə olunur. Bununla  bağlı qanunvericilikdə müəyyən boşluqlar var.

Komitədən verilən məlumata görə, layihə qəbul olunduqdan sonra dəfnlər yeni yaradılan, eləcə də mövcud olan bütün qəbiristanlıqlarda vahid qaydada və formada həyata keçiriləcək. Qaydalar qəbul edildikdən sonra heç kim bahalı məzar daşları, heykəl və abidələr qoya bilməyəcək. Qəbiristanlıqların yaradılması, idarə olunması, dəfn və məzarların qeydiyyatı məsələləri, eləcə də qəbir daşlarının eyni ölçüdə və formada hazırlanması qanunla tənzimlənəcək. ARB24

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Son Dəqiqə, Gündəm, Foto xəbər, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar