Sumqayıtda film kimi hadisə: həkim 5-ci mərtəbədən yıxılan uşağı tutdu - VİDEO

Sumqayıtda film kimi hadisə: həkim 5-ci mərtəbədən yıxılan uşağı tutdu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşağı yerə düşməmiş bir həkim tutub.

Hər kəsi heyrətləndirən hadisə avqustun 25-i günorta saatlarında Sumqayıt şəhərində olub.

3-cü mikrorayon, ev 11/18 ünvanında, 5-ci mərtəbədə evdə tək olan uşaq eyvana çıxıb. Orada oynayarkən qəfildən aşağı düşüb. Şahidlərin sözlərinə görə, 3-cü mərtəbədə qonşu döşək səribmiş. Oraya düşəndə sürət azalıb, sonra sürüşüb. Uşağın əlləri ikinci mərtəbədə paltar qurutmaq üçün istifadə olunan ipə ilişib. Bu zaman yoldan keçən Çiçək Cahangirova uşağın sallandığını görüb.

Təcili Tibbi Yardım stansiyasının həkimi olan Çiçək Cahangirova özünü itirmədən onu yerə düşməmiş göydə tutub. Güclü zərbəədən qadın yerə yıxılsa da heç biri ziddi zədə almayıb. Uşağın həyatını xilas edən həkim vaxt itirmədən onu yaxınlıqdakı təcili tibbi yardım stansiyasına çatdırıb. Ordan isə 5 yaşlı Cavidi uşaq xəstəxanasına aparıblar.

Həkimlərin sözlərinə görə, Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb. Sadəcə uşağın əli ipə ilişdiyi üçün zədələnib.

“A24.az” mövzu ilə bağlı videogörüntünü təqdim edir:

https://www.youtube.com/watch?v=azx3k5U6nGE

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar