Sumqayıtda boğulan gənc qızın ölümü ilə bağlı təfərrüatlar

Sumqayıtda boğulan gənc qızın ölümü ilə bağlı təfərrüatlar
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 27-də Sumqayıtda “Term” İdman-Sağlamlıq Kompleksində gənc qızın ölümü ilə bağlı cinayət işi başlanıb.

“A24.az” xəbər verir ki, bu barədə Trend-ə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri aparılır.

Xatırladaq ki, dünən Sumqayıtda “Term” İdman-Sağlamlıq Kompleksində 25 yaşlı Ülkər Elxan qızı kompleksin üzgüçülük hovuzunda boğulub. Mərhumənin yaxınları Trend-ə bildirib ki, Ülkər hər il yay tətilində adıçəkilən kompleksə üzməyə gəlirmiş və üzgüçülük həvəskarı olub. İyulun 27-də kompleksə gələn Ülkər yenidən hovuzda üzməyə başlayıb. Bir müddətdən sonra onda qəfil ürək tutması baş verib və boğulub. Hovuz nəzarətçilərinin dərhal hadisəyə müdaxilə etməsinə və ona süni nəfəsin verilməsinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Ülkər hadisə yerində dünyasını dəyişib.

Yaxınları bildiriblər ki, Ülkər ürək xəstəliyindən əziyyət çəkirmiş.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar