Sumqayıtda qadın doğum evində yüksək dozalı narkozdan ayılmadı

Sumqayıtda qadın doğum evində yüksək dozalı narkozdan ayılmadı
Want create site? Find Free WordPress Themes and plugins.

Sumqayıt şəhərində doğum evində ölüm hadisəsi baş verib.

A24.Az “report”-a istinadən bildirir ki, hadisə gecə saatlarında 1 nömrəli doğum evində qeydə alınıb.

Şəhər sakini, 1965-ci il təvəllüdlü Ceyran Abdullayeva qarın boşluğunda kəskin ağrılarla bağlı Sumqayıt şəhər 1 nömrəli Doğum Evinə müracət edib. O, bir gün sonra xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, 53 yaşlı qadına əməliyyat zamanı verilən narkozun dərəcəsi yüksək olub. Bu səbəbdən onun ürəyi dayanıb. Xəstəxanadan isə bildirilib ki, C.Abdullayeva ginekoloji xəstə olub və xəstəxanaya gec müraciət edib. O, uşaqlığın düyünlü simptomlu fibranomiyası diaqnozu ilə əməliyyat alınıb. Bir gün sonra qadının vəziyyəti qəfildən pisləşib və o, kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib.

Hazırda C.Abdullayevanın hansı səbəbdən dünyasını dəyişməsi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar