Sumqayıtın hər gələnə “Yer Yoxdur” dediyi bərbad bağçaları – FOTOREPORTAJ

Sumqayıtın 49 saylı “Qovaqcıq” uşaq bağçası siyahıya daxil etdiyim 5 bağça arasında bəlkə də ən vahiməlisidir desəm, yanılmaram. Bağça sanki ətraf aləmdən təcrid olunmuş və qədim tarixi abidələr kimi özündə köhnəliyi əks etdirir. Amma qədim tarixi abidələrdən fərqli olaraq “Qovaqcıq” uşaq bağçası insanı vahiməyə salır. Həyətinə daxil olanda damcı səsləri, kolların arasında uçan qarğa, ətrafı basan kol-kos, yaşıllığa bürünən bina və pilləkənləri, sındırılmış şüşələr, guya uşaqlara maraqlı olsun deyə yazılmış divarlar… Dərd orasındadır ki, görəcəyiniz bu bağçaya hal-hazırda gələn körpə balalar da var. Görəsən, “Qovaqcıq”a gələn uşaqlar hansı hissləri keçirirlər? Yaxşı bir özəlliyi ondadır ki, bəlkə də, Sumqayıtda yeganə bağçadır ki, həyətinə asanlıqla girə bilirsən və müəllimlər uşaqların bu bağçada tədris alması üçün sənə yalvarır. Amma digərlərində isə yalnız açarla bağlı olan darvazanın o biri tərəfindən söz soruşa bilirsən. Alacağın cavab da “Yer yoxdur!” olur.

20161127_082110

20161127_082132

20161127_082153

20161127_082212

20161127_082235

20161127_082257

20161127_082326

20161127_082347

20161127_082409

20161127_082425

20161127_082442

20161127_082458

20161127_082538

20161127_082604

20161127_082623

20161127_082734

Sumqayıtın 55 nömrəli “İnciçiçəyi” və 54 saylı “Günəş” uşaq bağçasına uşaqlıqda özüm də getmişəm. Təqribən 25-30 il bundan əvvəl necə idisə, indi də elədir bu bağçalar, heç nəyi dəyişməyib, hətta müdirələri də… Bağçalara yaxın getmək isə mümkün deyil. Elə soruşursan ki, müdirə burdadır? O saat “sanitarkalar” deyir ki, “əgər uşaq qoymaq üçün soruşursansa, müdirə də yoxdur, yerimiz də yoxdur… “ deyərək üzünü çevirib gedirlər. Arxasınca qışqıra-qışqıra qalırsan: “bəs saat neçədə gəlim, müdirə nə vaxt olur? Necə yəni yer yoxdur?!”

2. 55 nömrəli “İnciçiçəyi” uşaq bağçası – Əhalinin Sosial Müdafiə Fondunun yanında yerləşir…

3. Sumqayıtın 54 saylı “Günəş” uşaq bağçası…

4. Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzdində 50 saylı “Sünbül” körpələr evi-uşaq bağçası… Şəkillərini çəkərkən burada məcburi köçkünlərin yaşadığına da rast gəldik. Bağçanın oyun meydançasında yerləşdirilən qurğular isə göründüyü kimi çox köhnədir. Yer o qədər qabarıq və kələ-kötür idi ki, uşaq qaçan zaman asanlıqla yıxıla da bilər.

5. Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzdində 51 saylı “Buratino” körpələr evi-uşaq bağçası isə şəhərdə adla tanınan bağçalardandır. “Buratino”nu yuxarıda qeyd etdiyimiz bağçalarla müqayisə etmək istədik. Yəni bağça tam təmirlidir və böyüklüyü ilə də göz qamaşdırır. Lakin şəkillərini yalnız bağlı darvazanın üzərindən boylanaraq çəkə bildik. Bir Sumqayıt şəhər sakini kimi deyə bilərik ki, bu bağça müasir standartlara cavab verən körpələr evidir. Amma içərisinə girə bildiyimiz halda həsrəti ürəyimizdə qalan bağçalardandır “Buratino”. Səbəb? Yenə “yer yoxdur..!”

20161127_082929

20161127_082940

20161127_082958

20161127_083033

Hazırladı: Firuzə Əlimova

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR