Süni intellekt qəzaların qarşısını alacaq

Süni intellekt qəzaların qarşısını alacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Las-Veqasda keçirilən “CES-2017” istehlak elektronikası sərgisində “Toyota” şirkəti yol nəqliyyat hadisələrinin sayının azaldılması üçün nəzərdə tutulan “Concept-i” avtonom avtomobil prototipini nümayiş etdirib.

A24.Az xəbər verir ki, Yaponiya istehsalçısı sürücülərə kömək üçün “Yui” (“mehriban ünsiyyət”) süni intellekt interfeysini hazırlayıb. Bu məqsədlə “Concept-i” “Sürücü” və “Mühafizəçi” adlanan iki elektron sürücü köməkçisinə malikdir. Onların hər ikisi yoldakı vəziyyətə nəzarət edərək zərurət yarandıqda qəzanın qarşısını almağa kömək üçün avtomobilin idarəetmə prosesinə müdaxilə edir. Bu, mahiyyət etibarilə süni intellektlə idarə edilən və öz-özünə öyrənmə funksiyalı adi təhlükəsizlik sistemi dəstidir.

“Yui” sistemi sürücünün vərdişlərini və nəyə daha çox üstünlük verməsini yadda saxlayaraq onlara uyğun işləyir. İnterfeys daha yaxşı səfər marşrutlarını əvvəlcədən müəyyənləşdirir, iqlim və musiqini qurur. “Concept-i” faralarla ətrafdakı insanlara göz vura və siqnalları bortda yazılarla təkrarlayaraq göstərə bilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar