Sürət qatarlarının tarifi var özü yoxdur? – AÇIQLAMA  

Sürət qatarlarının tarifi var özü yoxdur? – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Rahatlığını düşünən, təyyarə qorxusu olan  və ya  uzaq yol getməyə səbri çatmayan insanların əvəzolunmazı sürət qatarlarıdır. Bu rahatlığı təmin etmək üçün isə ölkədaxili və ya xarici,  bütün istiqamətlərə sürət qatarı ilə gediş olmalıdır.

Bəs Azərbaycanda necə,  hansı istiqamətlərə sürət qatarı işləyir?

 Azərbaycan Dəmiryolu Vağzalının rəsmi saytında bir çox  istiqamətlərə həm sürət həm də sərnişin  qatarlarının tarifi göstərilsə də, gediş olmadığı bildirilir. Sərnişinlərin bəziləri bu halla rastlaşıb. Sürət qatarına bilet sifariş vermək üçün müraciət ediblər və seçdikləri əraziyə həmin vasitə ilə gediş olmadığı bildirilib.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə müraciət etdik. Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Sevinc Qədirova A24.Az-a açıqlamasında bildirdi ki, saytın “Sərnişinlər üçün” bölməsində hazırda fəaliyyətdə olan sərnişin, ekspress və sürət qatarlarının gediş haqqı tarifləri qeyd olunub.

-Ümumiyyətlə hansı bölgələrə sürət qatarı ilə gediş var?

 Ölkədaxili hərəkət edən sərnişin qatarlarından “Bakı-Ağstafa-Qazax” qatarı sürət qatarıdır və bu, gediş haqqı tarifləri cədvəlində aydın görünür”.

-Yaxın zamanlarda hansı bölgələrə sürət qatarının işləyəcəyi gözlənilir?

 “Dəmir yolunun sərnişin təsərrüfatının inkişaf etdirilməsi tədbirlər planına əsasən həyata keçirilir. 2015-ci ilin sentyabr ayından Bakı-Sumqayıt istiqamətində sürətli ekspress qatarları işləyir. Gələcəkdə Bakı-Gəncə-Bakı istiqamətində də sürətli ekspress  qatarının istifadəyə verilməsi, sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır və hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır”.

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar