Sürətli enerji yığan telefonlar istehsal edildi: Cəmi yarım saata tam enerji yığır

Sürətli enerji yığan telefonlar istehsal edildi: Cəmi yarım saata tam enerji yığır
Want create site? Find Free WordPress Themes and plugins.

“Huawei” şirkəti smartfonlar üçün yeni nəsil “Super Charge” sürətli enerji doldurma cihazını tərtib etdiyini elan edib.

A24.Az-ın Riafan.ru saytına istinadən məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, enerji doldurulmanın maksimal sürəti 49 Vt təşkil edəcək. Bu, “Huawei P20” smartfonlarındakı 22 saatlıq sürətdən olduqca çoxdur.

Şirkətdə dəqiqləşdiriblər ki, “Super Charge” smartfonu cəmi 30 dəqiqəyə tam olaraq doldura biləcək. Bu sistemin konkret hansı smartfonlarda tətbiq ediləcəyi hələlik məlum deyil.

Bundan öncə isə bildirilib ki, “Huawei P20” smartfonu rekord həcmdə daxili yaddaşa malik olacaq. Cihazın əməliyyat yaddaşı isə 6 GB təşkil edəcək. Bundan başqa, yeni cihaz üç kameraya malik olacaq.

Qeyd edək ki, “Huawei” şirkətinin cihazları “Android” əməliyyat sistemində işləyən ən keyfiyyətli smartfonlar reytinqinə daxil edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar