Suriya ordusu Hələbdə doqquz yaşayış məntəqəsini azad edib

Suriya ordusu Hələbdə doqquz yaşayış məntəqəsini azad edib
Want create site? Find Free WordPress Themes and plugins.
Son üç gün ərzində Suriya ordusu Hələb əyalətində doqquz yaşayış məntəqəsini və 50 kv km. ərazini terrorçulardan azad edib.

a24.az” bildirir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ordu generalı Əli Məyhub bildirib.

“Bizim qüvvələr könüllü dəstələrlə birlikdə Hələb şəhərinin cənub-qərbindəki rayonların azad olunması üçün əməliyyatları davam etdirib. Son üç gün ərzində Mareyn, Humaym, Əl Məşrəfə, Həmidi, Əs Sabihiyə, Hamidə, Tel Vəkriyə Dadeyn, Şalaş, Şukaydilə və Xan Tuman yaşayış məntəqələri və 50 kv km. ərazi ordunun nəzarətinə keçib. Terrorçular xeyli itki verib”, deyə general vurğulayıb.

“Ramus-Şeyx Səid rayonunda, Sfir, Xariteyn, Şeyx Əhməd şəhərlərinin ətrafında İŞİD-in xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Terrorçuların Sfira şəhərinə hücumu dəf edilib, Hələbin şimal-şərq ətrafında da çoxlu sayda terrorçu məhv edilib”, deyə general əlavə edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar