A24 Xeber

Suriya Xarici İşlər Naziri: ABŞ, Fransa və Türkiyə əsgərləri Suriya torpaqlarını tərk etməlidir

Suriya Xarici İşlər Naziri: ABŞ, Fransa və Türkiyə əsgərləri Suriya torpaqlarını tərk etməlidir
1. 205 oxunma
29 Sentyabr 2018 - 22:56

Suriya Xarici İşlər Naziri Velid Muallim Nyu-Yorkdakı BMT Baş Məclisinin 73-cü sessiyasında çıxışı zamanı, ABŞ, Fransa və Türkiyənin Suriya torpaqlarından əsgərlərini çıxarılmasının lazım olduğunu söyləyib.

A24.Az xarici mediaya itinadən xəbər verir ki, Suriya Xarici İşlər Naziri Velid Muallim, çıxışında “Biz xarici əsgərlərin ölkəmizdə olmasını işğal kimi qiymətləndiririk, çünki Suriya hökuməti buna razı deyil”, – deyə bildirib. Velid Muallim, Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşdə, İdlibdə tərksilah edilmiş zona yaradılması barədə Suriya hökuməti ilə daha əvvəl razılıq əldə olunduğunu bildirib. Moskva və Dəməşq arasında bu mövzuda intensiv məsləhətləşmələr aparıldığını bildirən Velid Muallim, bu mühüm Rus-Türk müqaviləsini məmnuniyyətlə qarşıladıqlarını deyib. Soçi sənədində açıq müvəqqəti bir çərçivə olduğuna işarə edən Muallim, “Bu müqavilə, Astana prosesi çərçivəsində inkişaf etdirilən bir sıra başqa müqavilələrin davamı, inkişafıdır” – deyə bildirib.

Ölkədə terrora qarşı aparılan müharibə başa çatmaq üzrə olduğunu bildirib. Suriyadakı təhlükəsizlik vəziyyətinin yaxşı olduğunu qeyd edən Velid Muallim, “Suriya torpaqlarının tamamilə terrorçulardan təmizlənməlidir” açıqlamasını verib. Muallim, Dəməşqin kimyəvi silah istifadə etdiyi iddialarının, Suriyaya qarşı hücumları qanuniləşdirmək məqsədi ilə irəli sürüldüyünü bildirib.

Orxan Aslanlı, A24.Az

ÇOX BAXILAN FOTOLAR