Suriyada atəşkəs - ABŞ və Rusiya prezidentləri birlikdə hərəkət edə bilər

Suriyada atəşkəs – ABŞ və Rusiya prezidentləri birlikdə hərəkət edə bilər
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ və Rusiyanın razılığı əsasında Suriyanın cənub-qərbində atəşkəs qüvvəyə minib.

“A24.az”ın “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, atəşkəs üzrə razılaşma cümə günü G20 sammiti ərəfəsində ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi görüş zamanı əldə edilib.

2011-ci ildə etiraz aksiyaları ilə başlayan Suriya vətəndaş müharibəsində indiyədək 300 mindən çox insan həyatını itirib. 11 milyon insan evlərini tərk etməyə məcbur qalıb.

Rusiya və ABŞ münaqişədə əks tərəfləri dəstəkləyir. ABŞ Suriya prezidenti Bəşər əl-Əsədə qarşı qüvvələrə, Rusiya isə prezident Əsədə kömək edir.

Rusiya Dəra, əl-Qüneytrə və əs-Süveydə bölgələrində qüvvəyə minən atəşkəs razılaşmasının Rusiya və ABŞ rəsmiləri arasında aylarla çəkən danışıqlardan sonra əldə edildiyini bildirib.

Almaniyanın Hamburq şəhərində cənab Trump və cənab Putin arasında keçirilən görüşdən sonra, ABŞ dövlət katibi Rex Tillerson deyib: “Bu Suriyada Rusiya və ABŞ-ın birlikdə fəaliyyət göstərməsinin mümkün olduğunu sübut edən ilk əlamətdir.”

Cənab Tillerson cümə günü keçirilən görüşün iki ölkənin Suriyanın gələcəyi üçün planlarının “tamamilə eyni olduğunu” göstərdiyini deyib.

O, əlavə edib ki, tərəflər arasında fikir ayrılığı sadəcə bu hədəfin necə əldə ediləcəyi ilə bağlıdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar