Suriyada rejim qüvvələrinə hücum: 40 hərbçi öldü

Suriyada rejim qüvvələrinə hücum: 40 hərbçi öldü
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ rəhbərliK etdiyi beynəlxalq koalisiya Suriyanın şimal-şərqindəki Deyrizor rayonunda Əsəd rejiminə aid hədəfləri vurub.

A24.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, Deyrizorun Əbu Kamal kəndindəki rejim qüvvələri səhər saatlarında Fəratın şərqində yerləşən və İŞİD-in nəzarətində olan Hecin bölgəsinə doğru irəliləməyə çalışıb.

Rejim əsgərləri Fərat çayı üzərindən qarşı tərəfə keçmək üçün mobil körpü yaradaraq Hecin mahalı yaxınlığına çatıb. Rejim qüvvələri Hecin ətrafına yerləşdikdən bir neçə saat sonra koalisiya təyyarələrinin şiddətli hücumuna məruz qaldığı bildirilib.

Hücum nəticəsində 40 əsgər ölüb, digərləri isə regiondan çəkilmək məcburiyyətində qalıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar