Suriyada rusiyalı jurnalistlər yaralanıb

Suriyada rusiyalı jurnalistlər yaralanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Suriyada idarə olunan partlayıcı qurğunun partlaması nəticəsində Rusiyanın NTV və “Zvezda” telekanallarında çalışan jurnalistlər yaralanıb.
A24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

“Noyabrın 6-da rusiyalı jurnalistlər Deyr əz-Zor şəhərinin küçələrinin birində çalışarkən, terrorçuların məsafədən idarə olunan partlayıcı qurğusu partladılıb. Partlayış nəticəsində 4 rusiyalı jurnalist və Rusiya ordusunun 5 istehkamçısı yaralanıb.

Yaralılar “Xmeymim” aviabazasına çatdırılıb. Onların həyatına hazırda heç bir təhlükə yoxdur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar