Suriyanın gələcəyi ilə bağlı Azərbaycan siyasətindən misal çəkdilər - VİDEO

Suriyanın gələcəyi ilə bağlı Azərbaycan siyasətindən misal çəkdilər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan İsraildəki lobbisini ələ almaq üçün səy göstərməyə çalışır”.

“A24.az” bildirir ki, bu sözləri Türkiyə, Rusiya və Suriya münasibətləri müzakirə edilən zaman türk siyasətçi Pr.Hasan Ünal Azərbaycanın yürütdüyü siyasətdən danışarkən qeyd edib.

“İran deyir ki, niyə Azərbaycan İsrailə yaxın durur? Mən deyirəm ki, qardaşım, Azərbaycanın İsrailə ehtiyacı var. Çünki Amerikadakı erməni lobbisi Azərbaycanın əleyhinə fəaliyyət göstərir. Azərbaycan da İsraildəki lobbisini ələ almaq üçün səy göstərməyə çalışır.

Amma biz Türkiyə və İran olaraq bir-birimizə yaxınlaşsaq, müəyyən mövzularda aramızda fikir ayrılıqları olsa da, digər mövzularda tam şəkildə işbirliyi qursaq o zaman İranın Ermənistana ehtiyacı azalacaq.

Daha sonra mən onlara sual verirəm ki, “siz niyə Ermənistana dəstək verirsiniz?”, o da başını qaşıyaraq düşünməyə başlayır ki, “həqiqətən mən niyə dəstək verirəm?” deyir. Odur ki, Türkiyə ilə İran bir-birinə yaxın olsa, Qarabağ mövzusunda Azərbaycanın lehinə olmazmı? Çünki bizə yaxın olan, güvənən İran Azərbaycana da dəstək vermiş olacaq”.

“A24.az” Türkiyə mediasında yayımlanan videogörüntünü təqdim edir:

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar