Suriyanın yenidən inşası yarım əsr çəkə bilər

Suriyanın yenidən inşası yarım əsr çəkə bilər
Want create site? Find Free WordPress Themes and plugins.

BMT-nin baş katibinin soyqırımların qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adama Dieng-in Suriya haqqında dedikləri diqqət çəkib.

“A24.az” bildirir ki, açıqlamasında Adama Dieng “Suriyanın yenidən inşa edilməsi yarım əsr çəkə bilər” ifadələrini işlədib.

Bundan başqa, Adama Dieng açıqlamasında Türkiyə və Rusiyanın İdlib barışığını məmnunluqla qarşıladığını, bütün tərəflərin anlaşmaya əməl edəcəyinə ümid etdiyini bildirib.

Lakin sülhün sadəcə müharibələrə son vermək olmadığını və ölkədəki vəziyyətin normallaşdığı zaman sünni, şiə, ələvi, xristian kimi məzhəb ayrı-seçkiliyi yerinə, bütün suriyalıların ölkələrini yenidən inşa etməsinə xüsusi vurğulayıb

“Livanın yenidən inşaşı 25 ildən çox çəkdi və qorxuram ki, Suriyanın yenidən inşa edilməsi yarım əsri əhatə etsin”, – deyə Adama Dieng qeyd edib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar