Sürücülərə şad xəbər: Bakıya giriş genişləndirilir - FOTO

Sürücülərə şad xəbər: Bakıya giriş genişləndirilir – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan Moskva prospektinin yan yoluna, daha dəqiqi “Şamaxinka” deyilən əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi işləri aparılır.

“A24.az” xəbər verir ki, bu barədə Trend-ə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilir ki, hazırda avtonəqliyyat vasitələri kiçik manevr etməklə “Şamaxinka” deyilən əraziyə daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur. Təpəcəyin bir hissəsinin götürülməsi ilə avtomobillər manevr etmədən düzünə həmin istiqamətdə rahat və maneəsiz şəkildə hərəkət edə biləcəklər.

Qeyd edək ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istər paytaxt Bakıda, istərsə də regionlarda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

yol_090316_04

yol_090316_03

yol_090316_02

yol_090316_01

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar