Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!
Want create site? Find Free WordPress Themes and plugins.

Əhmədli metro stansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində sağa dönmək istəyən avtomobillərin hərəkəti üçün daimi sağa dönmə əmri tətbiq olunub.

“A24.az” xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin verdiyi məlumata görə, yeni qayda qurumun təklifinə müvafiq olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal idarəsi tərəfindən tətbiq olunub. Buna baxmayaraq, işıqfora bu əmri göstərən (sağa dönməni) əlavə bölmə qoyulmadığından, bu da sürücülərin çaşqınlığına səbəb olur.

Qeyd edək ki, artıq bir ildən çoxdur ki, Məhəmməd Hadi küçəsində sağdakı yola dönmək üçün daimi sağa dönmə əmri tətbiq edilsə də, hələ də sürücülər yanlışlıqla qarşıdakı avtobus yolunun işıqforuna görə qırmızı işıqda dayanıb gözləyirlər ki, bu da küçədə sıxlığın yaranmasına səbəb olur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar