Sürücülərin nəzərinə - MÜTLƏQ OXUYUN

Sürücülərin nəzərinə – MÜTLƏQ OXUYUN
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Mərkəzi avtomobillərin texniki müayinədən keçirilməsi prosesini sürətləndirmək üçün şənbə və bazar günləri də fəaliyyət göstərəcək.
A24.Az xəbər verir ki, bu barədə Trend-ə İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, iyulun 31-də Azərbaycanda istifadə olunan xarici markalı avtomobillərin texniki baxış müddəti başa çatır:
“Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Mərkəzi bununla əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək. Mərkəz sürücülərə daha yüksək xidmət göstərmək məqsədilə iş günlərindən əlavə, şənbə və bazar günləri də fəaliyyət göstərir ki, vətəndaşlar üçün çətinlik yaranmasın”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar