Şüşə platforma çökdü - VİDEO

Şüşə platforma çökdü – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Maltada əyləncə mərkəzlərinin birində baş verən qəza ortaya dəhşətli görüntü çıxarıb.

a24.az” ATV-yə istinadən bildirir ki, yüzlərlə insanın rəqs etdiyi məkanda, şüşə platformanın çökməsi nəticəsində  bir-birinin üzərinə yıxılan azı 74 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş verdiyi an həvəskar kameradan saniyəbə-saniyə lentə alınıb.

Görüntülərdə izdihamın çaşqınlığı, insanların qorxu və təşvişlə qışqırdığı öz əksini tapır. Elə bu vaxt platforma qopur və insanlar  ayaqlar altına düşü.

Peysvil  şəhərindəki  olaydan sonra aparılan ilkin araşdırmalar maraqlı faktın üstünü açıb. Sən demə, əylənmək üçün gecə klubuna gələnlərdən biri, adamların daha çox toplandığı istiqamətə  gözyaşardıcı qaz atıb. Qorxaraq qaçmağa çalışan müştərilər sıxlıq  yaradıb və nəticədə ağırlığıa davam gətirməyən şüşə platforma çöküb.

Hadisə ilə bağlı iki nəfər şübhəli qismində nəzarətə götürülüb.  Olayın araşdırılması üçün istintaq komissiyası yaradılıb.

https://youtu.be/EPL77pMl78s

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar