Təhsil Nazirliyindən müəllimlərlə bağlı VACİB AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərlə bağlı VACİB AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesini tənzimləyəcək qaydalar layihəsi müzakirə mərhələsindədir.

Təhsil Nazirliyindən A24.Az-a  verilən məlumata görə, son vaxtlar ümumi təhsil müəssisələrində sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Nazirlikdən qeyd olunub ki, belə mühüm əhəmiyyətli tədbirin həyata keçirilməsi barədə ictimaiyyət arasında yanlış rəy formalaşdırılmasının qarşısının alınması məqsədilə hazırda “Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” layihəsi mütəxəssislərin iştirakı ilə müzakirə olunur:

“Müzakirələr başa çatdıqdan sonra yekun sənəd təsdiq üçün hökumətə təqdim ediləcək. Sertifikatlaşdırma prosesinin aparılması qaydası təsdiq edildikdən sonra prosesin nə zaman və hansı formada keçiriləcəyi ilə bağlı rəsmi məlumat veriləcək”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar