Tacikistandan ermənipərəst addım: İmaməli Rəhman İrəvana səfər etdi

Tacikistandan ermənipərəst addım: İmaməli Rəhman İrəvana səfər etdi
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 14-də Tacikistan prezidenti İmaməli Rəhman İrəvana ikigünlük rəsmi səfər edib.

A24.Az xəbər verir ki, Tacikistan prezidentinin İrəvana səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu əvvəlcə bir məsələni xatırladıb: “Xatırlayırsınızsa Qırğızıstan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) mart ayında Pakistanda keçirilən toplantısında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suverenliyini vurğulayan maddəyə səs verməkdən imtina etmişdi. Növbəti qeyri adi addım Tacikistan prezidenti İmaməli Rəhmandan gəldi. Deməli Tackisitan prezidenti İrəvanda iki günlük rəsmi səfərdədir”.

“Bu onun hüququdur, buna deyəcək sözümüz yoxdur, sadəcə prezidentlərin birgə bəyanatındakı bir müddəa sual doğurur. Həmin müddəada deyilir ki, Tacikistan və Ermənistan Cənubi Qafqazda və Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunması üçün xarici siyasətlərini koordinasiya (?!) edəcəklər”,-deyə politoloq əlavə edib.

E.Şahinoğlu qeyd edir ki, birincisi, Tacikistanın Cənubi Qafqazda nə işi var, Əfqanıstandan gələn təhlükənin dərdini çəksin: “İkincisi, kiçik Ermənistan Mərkəzi Asiyada nəyi Tacikistanla koordinasiya edə bilər ki? Azərbaycan torpaqlarını hərb yoluyla azad etməyə başlasa, İslam Konfransı Təşkilatı çərçivəsində daima Azərbaycanın ərazi bütövlüyünə səs verən və sözdə işğalı pisləyən Düşənbə Ermənistanınmı tərəfini tutacaq?”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət

Müzakirə

A24.Az