Tacirdən Fədayə etirafı - "Məndən ayrılmaqla ən böyük səhvi etdi..."

Tacirdən Fədayə etirafı – “Məndən ayrılmaqla ən böyük səhvi etdi…”
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Tahir Şahmalıoğlu “Qoca” ləqəbli “avtoritet” Etibar Məmmədovun qaçmasına görə həbs olunan müğənni Fədayə Laçının bacısı İlahə Fədanın APA tv-də səsləndirdiyi ittihamlarına cavab verib.

A24.az-a açıqlamasında Tacir Şahmalıoğlu İlahə Fədanı səsləndirdiyi fikirlərin yalan olduğunu deyib:

“Mənim tanınmağa heç vaxt ehtiyacım olmayıb, 6 yaşından məni dünya tanıyır. Onlar hamısı boş-boş söhbətlərdi. İlahə normal adam deyil, normal insan elə danışmazdı. Hansı müəllim tələbəsinin dalına düşür ki, görüm tələbə hara gedir, hardan gəlir, elə müəllim olur?! Mən həmişə ona düzgün istiqamət vermişəm, o mənim verdiyim istiqamətlərlə getməyib. Ona görə də belə olub. Bizim duetlərimiz bütün Azərbaycana səs saldığı halda, o, tək oxumaq istədi. İlk növbədə orda səhv etdi ki, məndən ayrıldı. 15 ildir bilmirəm o nə işlə məşğuldur, bu hadisələr ortaya çıxanda həqiqəti bildim”.

Brilyant Rəsulova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar