"Taliban" girov götürdüyü müəllimlərin görüntülərini yaydı - VİDEO

“Taliban” girov götürdüyü müəllimlərin görüntülərini yaydı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İnternetdə “Taliban” hərəkatı tərəfindən 2016-cı ilin avqustunda Kabildə girov götürülən Amerika  Universitetinin müəllimlərinin video görüntüləri yayılıb.  

“A24.az”ın “gazeta.ru”ya  istinadən verdiyi xəbərə görə, 13 dəqiqəlik videoda girovluqda saxlanılan 60 yaşlı ABŞ vətəndaşı Kevin Kinq və 48 yaşlı Avstraliya vətəndaşı Timati Uiks ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa müraciət edərək kömək diləyiblər.

Terrorçular müəllimlərin azad olunması müqabilində Baqram həbsxanasında saxlanılan “Taliban” üzvlərinin azadlığa buraxılmasını tələb edir.

Xatırladaq ki, Kabildə yerləşən Amerika Universitetinin müəllimləri 2016-cı il, avqustun 7-də oğurlanıblar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar