Taliban liderindən qeyri-adi təklif

Taliban liderindən qeyri-adi təklif
Want create site? Find Free WordPress Themes and plugins.

Əfqanıstandakı Taliban hərəkatının lideri Heybətullah Ahunzadə bu dəfə maraqlı çağırışı ilə gündəmə gəlib. O qeyd edib ki,  əfqan xalqını və təşkilat nümayəndələrini ağac əkməyə dəvət edir.

A24.Az xəbər verir ki, 2016-cı ilin may ayında Molla Mənsurun öldürülməsindən sonra Talibanın lideri olan Ahunzadə “Yer üzünün gözəlləşdirilməsi və Allahın yaratdığı canlıların istifadə etməsi üçün hər kəsin meyvə verən və ya verməyən bir və daha artıq ağac əkməyi mütləqdir” –deyə açıqlama verib.

“Ağac əkmək və kənd təsərrüfatı işləri ilə məşğul olmaq dünyada yaxşı və faydalı iş olduğu qədər axirətdə də möhtəşəm bir şəkildə mükafatlandırılır” sözlərini deyən təşkilatın nümayəndəsi adətən hərbi əməliyyatlara dair açıqlama verib. Onun bu bəyanatı isə ictimaiyyətdə təəccüb doğurub.

Əfqanıstan Prezidenti Əşrəf Qaninin sözçüsü Şah Hüseyn Murtazavi isə açıqlamanın Talibanın ictimaiyyətdə yaradılmış təsəvvürünü dəyişmək, diqqətləri təşkilatın törətdiyi cinayət və səbəb olduğu fəlakətdən yayındırmaq məqsədi daşıdığını qeyd edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar