“Tanımadığımız Konfutsi” çap olundu

“Tanımadığımız Konfutsi” çap olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Filosof Müşfiq Ötgünün “Tanımadığımız Konfutsi” kitabı çap olunub. A24.Azın məlumatına görə “Hüquq Yayın Evi”ində nəşr olunan kitab Konfutsinin söhbətlərinin toplandığı qədim mənbə “LunYü”nün Azərbaycan dilinə (ilk dəfə olaraq) tərcüməsi və fəlsəfi interpretasiyası əsasında yazılıb.

Fəlsəfə tarixinin ən məşhur simalarından olan Konfutsinin təlimi və şəxsiyyəti barədə xəsis (və çox zaman yanlış) dərslik məlumatlarından dolayı şüurlarda Böyük Müəllimin tamamilə qeyri-adekvat obrazı formalaşıb: pedant, quru ritualçı, hökmdara it sədaqəti nümayiş etdirən və böyüklər qarşısında mənəvi köləlik boyunduruğunu təbliğ edən bir adam kimi.

Müəllif Konfutsinin mətnlərinin kontekstlərini bərpa edərək bu qədim filosofun əslində nə demək istədiklərini oxucuya anlatmağa çalışıb. Kitab “Lun Yü” mətninə paralel olaraq 20 fəsildən ibarətdir.

Kitabın üz qabığı və dizaynı Ruhulla Həsənzadənindir.

Müşfiq Ötgün (Müşfiq Yarəhməd oğlu Şükürov) 1968-ci ildə anadan olub, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosentdir. AMEA Fəlsəfə İnstitutunun “Etika” şöbəsinin aparıcı elmi işçisidir. Şərq fəlsəfəsi üzrə ixtisaslaşıb. “Siyasi idrak və mənəvi imperativ” (2004) monoqrafiyasının müəllifi, Xəlil Cübranın “Peyğəmbər” əsərinin (2009), Buddanın “Dhammapada”sının (2013) tərcüməçisidir.

Kitabın təqdimatı 11 dekabr 2016-cı il tarixində saat 11:00-da “Everest” Tədris mərkəzində olacaq.

Ünvan: Everest – Uşaq Mərkəzi, Elmlər Akademiyası metrosu yaxinliginda Mirəli Seyidov küçəsi, Yasamal Rayon İcra hakimiyyətinin arxası.

 

Əlaqə: 055 708 22 22

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar