Tanınmış politoloq: Rusiya Qarabağ münaqişəsində mövqe seçəcək

Tanınmış politoloq: Rusiya Qarabağ münaqişəsində mövqe seçəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü, professor, tanınmış politoloq Aleksey Malaşenko yaxın zaman ərzində Qarabağ münaqişəsinin nizama salmasının real perspektivini görmür.

A24.Az-ın erməni mətbuatına istinadən məlumatına görə, politoloq müsahibəsi zamanı qeyd edib ki, yaxın gələcək ərzində münqaşinənin həll olunmasına ümid etmir.

“Bu münaqişə ən azı yaxın gələcək üçün əbədi hesab oluna bilər”, – deyə A. Malaşenko ifadə edib.

Politoloq Ermənistan və Azərbaycan prezidentlərinin payızda keçiriləcək görüşündən heç bir nəticəni gözləmədiyini də ifadə edib.

Aleksey Malaşenko münaqişənin həllindən deyil, hazırda daha çox hərbi toqquşmalardan qaçmaq lazım olduğunu bildirir:

“Sarkisyan-Əliyev görüşündən heç bir gözləntim yoxdur. Bu çoxsaylı keçirilən görüşlərdən biri olacaq. Belə görüşlərin təşkil edilməsi çox yaxşıdır. Aydındır ki, danışıqlar olacaq. Amma münaqişənin nizama salması üçün hələlik real perspektiv yoxdur. Danışıqlar var, sadəcə bu gün nizama salma üçün perspektiv yoxdur”.

Rusiya Qarabağdakı hərbi toqquşmaların qarşısını almaq üçün müsbət və ya mənfi rol oynayacaq?

Bu suala cavab verərkən, politoloq Aleksey Malaşenko qeyd edib ki, Rusiya silahlı konfliktin olmasında maraqlı deyil:

“Çünki bu halda hansısa bir mövqeyi seçməyə məcbur olacaq. Söhbət hakim rolundan çıxış etməkdən getmir. Rusiya sülh prosesini dəstəkləyir və bu Rusiyanı tamamilə qane edir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar