Tarix boyu yanlış anlaşılan “Ezidilər” haqqında 9 HƏQİQƏT

Tarix boyu yanlış anlaşılan “Ezidilər” haqqında 9 HƏQİQƏT
Want create site? Find Free WordPress Themes and plugins.

Orta Şərqin qədim xalqı olan ezidilər tarix boyu yanlış anlaşılmaqdan çox əziyyət çəkiblər. İndi də İŞİD terror qruplaşması ilə mübarizə aparırlar. İŞİD Suriya və İraq torpaqlarında yaşayan bu məsum insanları öldürərək hədəflərinə doğru irəliləməkdə davam edir.

“A24.az” bu insanlar üçün yanlış bilinən həqiqətləri sərgiləyir:

Yanlış: Yezidilər

Doğru: Ezidilər

“Yezid” fars dilindən tərcümədə mələk və ya ilahi mənalarını verən “ized” sözündən götürülüb. Kürd dilində olan ezidi kəlməsi isə “Allaha inanlar” deməkdir.

Yanlış : Ezidilik bir dindir

Doğru: Ezidilər Orta Şərqdə 4 min ildir yaşayan dini və etnik bir azlıqlardır.

Ezidilər özlərini Həzərəti Adəmdən bəri tanrıya inanan ilk insanlar olaraq qəbul edilməkdədir. Sonrada ezidi olmaq mümkün deyil. Sadəcə bir insan anadan gəlmə ezidi ola bilər.

Yanlış : Ezidilər  ərəb dilində dua edir

Doğru: Ezidilər kürd dilində dua edir

Kürd dilində danışan ezidilərin əksəriyyəti özlərini kürd əsilli olaraq qəbul etməkdədir. Ezidilərin ən böyük özəlliyi bütün dualarını kürd dilində etmələridir.

Yanlış: Ezidilər dar bir coğrafiyada yaşayan azlıqlardır

Doğru: Dünya miqyasında yarım milyondan çox ezidi yaşayır

Ezidilər bu gün İraq, Suriya, Türkiyə, rusiya, Ermənistan, Gürcüstan, Almaniya və digər Avropa ölkələrində yaşayır. Ezidilərin ümumi sayının 700 minə qədər azaldığı deyilir.

Yanlış: Ezidilik bir məzhəbdir

Doğru: Ezidilik xristiyanlıq, sufizm, zərdüştlük kimi dinlərdən təsirlənərək yaranmış mükəmməl bir inancdır

Həm İncil, həm də Quran ezidilər tərəfindən müqəddəs olaraq qəbul edilməkdədir. Sünnət və vaftiz kimi adətləri olan ezidilərin axirətə inamları yoxdur, amma reenkarnasyona inanır və odun inanclarında əhəmiyyətli dərəcədə yeri var.

Yanlış: Ezidilər Şeytana ibadət edərlər

Doğru: Ezidilər Mələk Tavusa inanırlar

Səmavi dinlərdə “Şeytan” adlandırılan mələyi ezidilərin “Mələk Tavus” olaraq adlandırması, onların Şeytana ibadət etdiklərinə dair yanlış bir fikrin ortaya çıxmasına səbəb olub. İslam inancına görə, şeytan lənətlənmiş bir mələkdir. Ezidilərə görə isə şeytan Allahdan başqasına səcdə etməyəcək qədər ona bağlıdırlar. Bunun üçün də Şeytan Cənnətdən qovulmasına baxmayaraq sonradan tanrı tərəfindən bağışlandı və dünyanın idarəsini artıq “Mələk Tavus” olaraq adlandırılan bu mələyə verir.

Yanlış: Ezidilər Kərbəla hadisələrindən məsuldurlar

Doğru: Ezidilərin Kərbəla hadisələri ilə bağlı heç bir əlaqələri yoxdur

Bir çox dildə “Yezidi” olaraq adlandırılmaları Əməvi xanədanının ikinci xəlifəsi olan Yezid İbn Muaviyənin tərəfdarları olması kimi qeyd edilməsi ilə əlaqədardır.

Yanlış: Ezidilər İŞİD-ə hücum edib

Doğru: Ezidilərə inanclarından dolayı İŞİD hücum edib

İŞİD tərəfindən “Şeytana ibadət edənlər” olaraq görünən Ezidilərin ana vətəni Sincar Avqustun 3-də işğal edilib. İŞİD ezidiləri edam edib, ibadət etdikləri yeri havaya uçurdub. Qətliamdan qaçan təqribən 50 min ezidi dağlara sığınıb.

Yanlış: Ezidilər illərdir xoşbəxt yaşayır

Doğru: Ezidilər tarix boyu 74 dəfə qətliama məruz qalıblar

Monqolların işğalı, Xaç yürüşləri, vəba epidemiyaları, dünya müharibələri, Səddam Hüseyn kimi insanlardan canlarını qurtaran ezidilərin əksəriyyəti Oslamnlı dövründə olmaqla 73 dəfə qətliama məruz qalıblar.

2007-ci ildə Əl-Qaidə terror təşkilatı tərəfindən gerçəkləşdirilən ezidi qoyqırımı dünyanın ən ölümcül terror aktları ilə qarşılaşmış 2-ci qətliamdır.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Araşdırma, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar