Tarix dərsliyimzdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdıAzərbaycanlı nümayəndələr sorğu-suala tutuldu

Tarix dərsliyimzdə gedən “Böyük Ermənistan xəritəsi” Türkiyədə qalmaqal yaratdı – Azərbaycanlı nümayəndələr sorğu-suala tutuldu
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan  tarixi” 10-cu sinif dərsliyində yer alan xəritədə “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin ərazilərinin təsvir olunması hələ də gündəmdən düşmür. Xəritədə uydurma dövlətin ərazilərinə isə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Buna səssiz qalmayan Türkiyə mediası mövzuya  “Qonşumuz Azərbaycanda yeni dərs ili “Türkiyə xəritəsinin müzakirəsi” ilə başlayıb. Rusca tarix kitabında miladdan əvvəl mövcud olan erməni dövlətinin sərhədləri göstərilib. Xəritə ilə bağlı qalmaqallı müzakirələr böyüdükcə, hökumət çarəni kitabları yığışdırmaqda görüb. Kitabın isə ruslar tərəfindən hazırlandığı orataya çıxıb” cümlələri ilə giriş edib.

“A24.az”  qonşu ölkədə də narazılıq yaradan “Türkiyə xəritəsi” haqqında yazılanları təqdim edir:

Azərbaycanda 10-cu sinif şagirdləri üçün hazırlanan rusca tarix kitabında miladdan əvvəl 95-55-ci illərə aid dövrlərə yer verilib. Həmin dövrdə Mets Hayk (Böyük Ermənistan) ölkəsinin xəritəsinin də fotoları yer alıb. Ancaq Xəzərdən Qara dənizə qədər uzanan və bügünkü Türkiyənin də böyük hissəsinin yer aldığı xəritə böyük müzakirələrə səbəb olub.

İlk olaraq Azərbaycanda sosial mediada sərtliklə qarşılanan mövzu daha sonra ölkədə xəbər saytlarında da yayımlandı. Bundan sonra hökumət hərəkətə keçdi. Azərbaycan Təhsil Nazirliyi yeni dərs ilinin 10-cu günündə kitabları yığışdırmaq haqqında qərar verdi. Sözügedən mövzu isə Azərbaycan mediasında “Böyük Ermənistan xəritəsi, böyük xəta” başlığı ilə yayımlandı.

Türkiyənin “sozcu.com.tr” elektron mediasına danışan azərbaycanlı nümayəndələr “Kitab Rusiya Federasiyası tərəfindən hazırlanıb. Azərbaycan məktəblərindəki tarix dərsliklərinə rusc dilinəəlavə dəstək kimi bir funksiyası var idi. Nazirlik araşdırma işlərini davam etdirir. Hələ rəsmi bir açıqlama verilməyib” dedilər.

Yazının sonunda qeyd edilib ki, türklər 10-cu sinif şagirdləri üçün hazırlanan kitabda yer alan xəritənin üzərində Ermənistan yazılan bölgənin bugünkü Azərbaycan, İran, Gürcüstan və Türkiyənin torpaqlarının daxil edildiyini qeyd edib.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar